İngilis dilində “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlandı - FOTO/VİDEO

İngilis dilində “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlandı - FOTO/VİDEO

Hazırda oxunan: İngilis dilində “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlandı - FOTO/VİDEO

13062

Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyan “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.

Saraydan Bizim.Media-ya bildirilib ki, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) ərsəyə gətirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyev fondunun istehsal etdiyi “Xocalıya ədalət” filmi Tacikstan mediasında - VİDEO


“Xocalı fəryadı” layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən “Xocalı fəryadı” ədəbi-bədii musiqili kompozisiya Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO