Musiqi Akademiyası tələbələrinin təqaüdü nə vaxt veriləcək? – Rəsmi CAVAB 

Musiqi Akademiyası tələbələrinin təqaüdü nə vaxt veriləcək? – Rəsmi CAVAB 

Hazırda oxunan: Musiqi Akademiyası tələbələrinin təqaüdü nə vaxt veriləcək? – Rəsmi CAVAB 

121713

Artıq ikinci aydır ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinə təqaüd verilmir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Universitetləri və Azərbaycan Tələbələri təşkilatının sosial səhifələrində məlumat yayılıb.

Məlumatda deyilir ki, fevral ayının başa çatmasına baxmayaraq, Bakı Musiqi Akademiyasının tələbələri hələ də yanvar ayının təqaüdünü ala bilmirlər.

Məsələ ilə bağlı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası ilə əlaqə saxladıq. Akademiyadan Bizim.Media-ya bildirildi ki, deyilənlər həqiqətdir:

“Yanvar ayının təqaüdləri hələki ödənilməyib. Səbəbsə odur ki, il yeni başladığından smeta sənədlərimiz müvafiq qurumlar tərəfindən təsdiqlənməyib. Ona görə də Akademiya əməkdaşlarının əmək haqlarında və tələbələrin təqaüdlərinin verilməsində gecikmə baş verib. Əslində hər ilin başlanğıcında belə hallar olur”.
 

Akademiyadan onu da bildirdilər ki, yəqin ki, smeta sənədləri yaxın 10 gündə təsdiqlənəcək. 

“Martın ilk günlərində isə tələbələrimiz öz təqaüdlərini də ala biləcəklər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO