Nazpəri:

Nazpəri: "Bır qız zəng edib, orqanlarını bacıma vermək istədiyini dedi" - VİDEO

Hazırda oxunan: Nazpəri: "Bır qız zəng edib, orqanlarını bacıma vermək istədiyini dedi" - VİDEO
118718
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qardaşım və bacım atamın yadigarıdır. Onlar mənə övladlarımdan artıq olub, daha çox istəmişəm. Onları qorumağa çalışmışam".

Bu sözləri ötən axşam müğənni bacısı Zeynəb Dostəliyevanı itirən Xalq artisti Nazpəri Dostəliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Hər zaman ailə üzvlərinə dəstək olduğunu söyləyən sənətçi bildirib ki, bundan sonra da mərhum bacısının övladının və nəvələrinin yanında olacaq.

"Bacımın və qardaşımın imkanı olmayıb. Onları mən idarə etmişəm, yenə də edəcəm. Bacardığım qədər əlimdən gələni edəcəm. Təbii ki, Allahın köməyi ilə".

Nazpəri həmçinin bildirib ki, Sevinc adlı 28 yaşlı bir xanım ona zəng edərək, transplantasiya əməliyyatı üçün böyrəyini və qaraciyərini Zeynəb Dostəliyevaya verməyə hazır olduğunu söyləyib:

"Bütün orqanlarının tərtəmiz olduğunu dedi: “Ciyər lazımdırsa ciyərimi, böyrək lazımıdırsa böyrəyimi verim”. Sevinc qızım, mən səni tanımıram. Xoşbəxt ol, balam. Sənin ürəyinə görə minnətdarlığımı bildirirəm".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO