Kürdəmirdə Gənclər gününə həsr edilən KONSERT PROQRAMI – FOTO

Kürdəmirdə Gənclər gününə həsr edilən KONSERT PROQRAMI – FOTO

Hazırda oxunan: Kürdəmirdə Gənclər gününə həsr edilən KONSERT PROQRAMI – FOTO

118071

Kürdəmirdə 2 Fevral Gənclər gününə həsr edilmiş konsert proqramı keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Heydər Əliyev Mərkəzində Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər gününə həsr edilmiş konsert proqramı təqdim edilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gənclər gününə həsr olunmuş tədbirdə çıxış edənlər əsası 1994-cü ilin fevral ayının 2-də Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər gününün əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğısından ətraflı bəhs ediblər.

Bildirilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin varisi prezident İlham Əliyev də onun davamçısı olaraq ölkə gənclərinin inkişaf etməsində bu gündə böyük işlər görür və gənclər siyasətini uğurla davam etdirir.
Konsertdə Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin yetirmələrinin bir-birindən maraqlı çıxışları təqdim olunub.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO