Mədəniyyət nazirliyi bu il üçün hədəflərini açıqladı

Mədəniyyət nazirliyi bu il üçün hədəflərini açıqladı

Hazırda oxunan: Mədəniyyət nazirliyi bu il üçün hədəflərini açıqladı
11431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edib.

Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, bu hədəflər xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədi daşıyır.

Nazirliyin bu il üçün əsas hədəfləri aşağıdakılardır:

Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması

Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi

Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı

Mədəni irsin qorunması, bərpası və inkişafı

Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası

“Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi

Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi

Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi

Covid-19  pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi

Bizim.Media

Mədəniyyət nazirliyi bu il üçün hədəflərini açıqladı - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO