“Bir abidə-bir könüllü” layihəsi çərçivəsində tarix-memarlıq abidələri ekranlaşdırılır - FOTO 

“Bir abidə-bir könüllü” layihəsi çərçivəsində tarix-memarlıq abidələri ekranlaşdırılır - FOTO 

Hazırda oxunan: “Bir abidə-bir könüllü” layihəsi çərçivəsində tarix-memarlıq abidələri ekranlaşdırılır - FOTO 
110561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan mədəniyyətinin geniş mənada təbliği məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi internet resursları üçün çeşidli paylaşımlar hazırlayır və ictimaiyyətə təqdim edir.

Mərkəz tərəfindən hazırlanan rəqəmsal promo məhsullar mədəni irsimizin müxtəlif istiqamətlərini əhatə etməkdədir.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, sözügedən promo məhsulların ictimaiyyət tərəfindən maraqla qarşılandığını nəzərə alaraq, “Bir abidə-bir könüllü” layihəsi çərçivəsində Zaqatala rayonu ərazisindəki tarixi-mədəni abidələrin foto və video çəkilişləri aparılıb.

Xatırladaq ki, layihə çərçivəsində zəngin mədəni tariximizi təcəssüm etdirən müxtəlif türbə, məbəd, hamam və s. tikililər barədə maarifləndirici videomateriallar tarixi faktları ehtiva edən məlumatlar əks etdirilir.  
Layinənin koordinatoru Elvin Qarayev Bizim.Media-ya bildirib ki, Şəki rayonunda yerləşən Kiş məbədi və Yuxarı Karvansaray abidələri haqqında ilk dəfə ingilis dilində rolik hazırlanıb.

Layihə çərçivəsində Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənc mədəniyyət işçiləri ilə görüş keçirilib. Mədəniyyət sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə fəaliyyətin zəruriliyi barədə iştirakçılara məlumat verilib.

Bundan başqa, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etmək məqsədilə Zaqatala qalası ətrafında iməcilik işləri aparılıb.

Aksiya ölkə ərazisində çoxəsrlik tarixə malik abidələrin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin vacibliyini nəzərə alaraq, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO