Qəribə heyvan balalarını ilk olaraq kəndin 15 yaşlı sakini Müslüm Müslümov görüb. Dostunun köməyi ilə ana heyvan və 1 balası qaçmağa müvəffəq olsalar da, onlar 3 balanı tutub evə gətiriblər.
Müsahibim artıq 20 gündən artıqdır ki, adını bilmədiyi vəhşi heyvanın 3 balasını həyətindəki qəfəsdə saxlayıb, onları müəyyən ərzaq və su heyvanı qurbağalarla qidalandırıb. Heyvan balalarını daha saxlaya bilmədiyini deyən Müslüm Müslümov kömək istəyib.
Biz isə heyvanların yanına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi idarəsinin rəisi Hüseyn Adıgözəlovla getdik. Şöbə rəisi də heyvan balalarının hansı cinsə mənsubluğu və adı barədə məlumatsız olduğunu bildirdi.
Təxmini olaraq yenot olduğu hesab edilən 3 bala mütəxəsislərin baxış keçirməsi üçün Xızıdakı Altıağac Vəhşi Təbiətin Bərpası Mərkəzinə göndərilmək üçün qəfəsə qoyuldu.
ANS TV





































































































