İstanbulun Beşiktaş məhəlləsindəki ofisinə gedən Ərdoğan maraqlı sitiusiya ilə qarşılaşıb.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirin avtomobili işıqforda dayanarkən maşına yaxınlaşan 40 yaşlı kişi Ərdoğana müraciətlə “Allah sənin bəlanı versin” deyə, səslənib.
Ərdoğana qarğış edən həmin şəxs baş nazirin mühafizəçiləri tərəfindən saxlanılıb. Onun həbsinə etiraz edən daha üç şəxsin də polis tərəfindən gözaltına alındığı bildirilir.
Qafar Ağayev






































































































