SSRİ tərzi

SSRİ tərzi "photoshop" : Sovet liderlərin senzuraçılar tərəfindən dəyişdirilən FOTOLARI

Hazırda oxunan: SSRİ tərzi "photoshop" : Sovet liderlərin senzuraçılar tərəfindən dəyişdirilən FOTOLARI

235266
Sovet İttifaqında senzuraçılar müasir qrafik dizayn və foto dəyişdirmə proqramlarının icad edilməsindən çox əvvəl, bəzən siyasi baxımdan "uyğun olmayan" adamları və əşyaları, SSRİ və Oktyabr İnqilabı liderlərinin şəkillərindən silirdilər.

Moderator.az senzuradan keçib dəyişdirilən fotoları təqdim edir:

Stalin, Daxili İşlər Xalq Komissarlığı (NKVD) sədri Nikolay Yejov və digər Sovet rəhbərləri ilə...

SSCB

Yejov 1940-ci ildə edam edildikdən sonra fotodan da silindi.

SSCB

Oktyabr İnqilabının lideri və Sovet İttifaqının qurucusu Vladimir Lenin və həyat yoldaşı Nadejda Krupskaya.

SSCB

Foto eynidi, amma durbin itirilib.

SSCB

1920 il. Vladimir Lenin Moskvanın Sverdlov Meydanında (indiki Teatralnaya Meydanı) çıxış edir. Səhnənin yanında görkəmli inqilabçılar Lev Trotski və Lev Kamenev durur.

SSCB

Bu şəkildə isə Trotski və Kamenev yoxdur. 1929-ci ildə Trotski SSCB-dən qovuldu, Kamenev isə 1936-ci ildə edam edildi.

SSCB

1925-ci ildə çəkilən bu şəkildə bir neçə Sovetin səlahiyyətli nümayəndələrini görürük. Soldan sağa: Nikolay Antipov, Stalin, Sergey Kirov, Nikolay Şvernik.

SSCB

1930-cu illərin sonunda Antipov edam edilib fotodan da silindi.

SSCB

Şvernik dəşəkildə yoxdu.

SSCB

Eyni fotoya əsaslanaraq quruculuq lideri İosif Stalinin solo portreti.

SSCB

Dursun Tağıyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO