İnternetdə paylaşılan bu görüntülər sosial mediada böyük marağa səbəb olub.xa0
Həmin görüntülərdə qatar relslərində iki it gözə dəyir. Daha sonra isə qatar gələrək itlərin üzərindən keçir. Xoşbəxtikdən itlər ölmür. İtlərin qatarı görməsinə rəğmən kənara çəkilməmələri böyük marağa səbəb olur. xa0Ancaq sonradan bəlli olur ki, Lusi adlı dişi it dəmir yolu keçərkən qatar altında qalaraq yaralanıb və qatar relslərinə sıxışıb qalıb. Panda adlı erkək it isə qara, soyuğu, həmçinin, qatarın törətdiyi təhlükəyə baxmayaraq iki gün boyunca dişi iti tərk etməyib. İtlər iki gün sonra Denis Malafeyev adlı şəxs tərəfindən tapılaraq ölümdən xilas edilib.xa0
Bu təsirli hekayət sosial şəbəkələrdə yayılandan sonra itin sahibləri də ortaya çıxıb. Bəlli olub ki, sahibləri iki gündür itlərini axtarırmış.xa0
Moderator.az Ukraynada qeydə alınmış həmin görüntüləri təqdim edir:


Zəhra





































































































