Buxarest Rusiyaya etiraz notası göndərəcək

Buxarest Rusiyaya etiraz notası göndərəcək

Hazırda oxunan: Buxarest Rusiyaya etiraz notası göndərəcək

627576

Rumıniya Prezidenti Nikuşor Dan ölkəsinin Rusiya Federasiyasına diplomatik etiraz notası göndərəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Rumıniya lideri bildirib ki, cümə günü səhər ölkənin hava məkanında vurulan pilotsuz uçuş aparatı Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunan “Şahid” tipli PUA olub.
 

“Bu gün səhər saat 10:13-də Rumıniya Hərbi Hava Qüvvələrinin F-16 təyyarəsi Sulina-Kiliya bölgəsində, Rumıniyanın ərazi suları üzərində yeni bir pilotsuz uçuş aparatını vurub. Rumıniyalı pilotları və yerüstü xidmət əməkdaşlarını peşəkarlıqları, cəsarətləri və tapşırıqları effektiv yerinə yetirdikləri üçün təbrik edirəm. Onların fəaliyyəti milli ərazinin qorunmasına və Rumıniya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə töhfə verir”, – deyə Dan bildirib.


Prezident qeyd edib ki, Baş Prokurorluğun apardığı araşdırmanın nəticələrinə əsasən, vurulan PUA Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində istifadə etdiyi “Şahid” tipli drondur.

Nikuşor Dan əlavə edib ki, Rusiya tərəfindən vurulan pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalar davam edir.

“Rusiya Federasiyasının NATO və Avropa İttifaqının hava məkanı olan Rumıniyanın hava məkanını pozmağa davam etməsi qəbuledilməzdir. Bu cür hərəkətlər yolverilməzdir və biz müttəfiqlərimiz kimi bu məsələyə çox ciddi yanaşırıq”, – deyə Rumıniya Prezidenti vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO