Qızıl niyə paslanmır?

Qızıl niyə paslanmır?

Hazırda oxunan: Qızıl niyə paslanmır?
627605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qızıl sikkələr, zinət əşyaları və hətta diş protezlərində istifadə olunan qızıl məmulatları min illər keçsə belə parlaqlığını itirmir, paslanmır və dağılmır.

Bizim.Media xəbər verir ki, uzun müddət qızılın bu xüsusiyyəti onun kimyəvi baxımdan passiv olması ilə izah edilirdi.

Hesab olunurdu ki, qızıl (Au) ətraf mühitdəki maddələrlə demək olar ki, reaksiyaya girmədiyi üçün üzərində digər metallar kimi oksidləşmə qatı yaranmır.

Lakin yeni araşdırmalar göstərir ki, bu izah tam doğru deyil.

Alimlərin fikrincə, qızıl öz kristal qəfəsinin xarici qatlarındakı atom strukturunu yenidən təşkil edir. Səthdə atomların düzülüşünü dəyişərək ətraf mühitin təsirindən qoruyan xüsusi müdafiə baryeri yaradır.

 

ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane İnstitutunun kimya mühəndislərinin qiymətləndirməsinə görə, bu mexanizm “ilahi metal” adlandırılan qızılın oksidləşmə sürətini milyardlarla dəfə azaldır və onu demək olar ki, paslanmayan edir.


Alimlər bildirirlər ki, bu kəşf qızılın qeyri-adi davamlılığını daha yaxşı anlamağa və gələcəkdə yeni qoruyucu materialların hazırlanmasında istifadə etməyə imkan verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO