18 yaşına çatan xarici vətəndaş 30 gün ərzində Rusiyanı tərk etməlidir - YENİ QANUN

18 yaşına çatan xarici vətəndaş 30 gün ərzində Rusiyanı tərk etməlidir - YENİ QANUN

Hazırda oxunan: 18 yaşına çatan xarici vətəndaş 30 gün ərzində Rusiyanı tərk etməlidir - YENİ QANUN

627579

Rusiya Prezidenti Vladimir Putin miqrantların uşaqlarının 18 yaşına çatdıqdan sonra ölkəni tərk etməsini nəzərdə tutan qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, qanuna əsasən, xarici vətəndaşların, o cümlədən övladlığa götürülmüş və ya himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının Rusiyada müvəqqəti qalma müddəti valideynin patentinin qüvvədə olduğu müddətə qədər uzadıla bilər, lakin uşaq 18 yaşına çatdıqdan sonra bu müddət davam etdirilmir.
 

Qanuna görə, 18 yaşına çatan xarici vətəndaş 30 gün ərzində Rusiyanı tərk etməlidir. İstisna hallara onun ölkədə qalmaq və ya yaşamaq üçün digər qanuni əsaslarının olması, yaxud həmin 30 gün ərzində öz adına patent almaq üçün müraciət edərək fiziki şəxslərin gəlir vergisi üzrə sabit avans ödənişi etməsi daxildir.


Qeyd olunur ki, belə halda patent rəsmiləşdirilməsi üçün adətən tələb olunan təhsil sənədinin təqdim edilməsi zəruri olmayacaq.

Bundan əlavə, Putin miqrantların ailələrini minimum əməkhaqqı (MROT) səviyyəsində təmin etməsini tələb edən qanunu da imzalayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO