Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Hazırda oxunan: Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

627638

Ukraynalı jurnalist Dmitri Qordon Rusiyanın Ukraynaya qarşı müharibədə maliyyə imkanları barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, Qordon bildirib ki, Rusiya hər dəfə Ukraynaya gecə hücumları zamanı milyonluq şəhərlərin illik büdcəsinə bərabər vəsait xərcləyir.

“Bu, Rusiya vətəndaşlarının həyatına və Rusiya iqtisadiyyatına təsir etməyə bilməz”, – deyə jurnalist qeyd edib.
 

Qordonun sözlərinə görə, Rusiyaya maliyyə baxımından heç kim yardım etməyəcək, bəzi ölkələr isə yalnız sanksiyalardan yayınmaq, silah komponentləri və hərbi qüvvə məsələlərində dəstək göstərə bilər.


“Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək. Buna görə də yalnız öz vəsaitlərinə güvənən Putin bizdən daha pis vəziyyətdədir”, – deyə o bildirib.

Jurnalist əlavə edib ki, Ukrayna Avropa İttifaqından büdcə kəsirinin bağlanması və silahlanma üçün maliyyə yardımı alır.

“Avropalı dostlarımıza, amerikalı dostlarımıza təşəkkür edirik. Bu, əvəzsiz yardımdır”, – deyə Dmitri Qordon vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO