Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO
627629
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin məlumat mənbələri və bloqerlərlə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Putin ona daxil olan bütün informasiyaların toplandığı yerdə olduğunu deyib.

“Mən ümumiyyətlə bütün mövcud məlumatların toplandığı yerdəyəm”, – deyə Putin bildirib.

Rusiya lideri bəzi bloqerləri izlədiyini və onların bəzən “dəqiq məqama toxunmalarına” sevindiyini qeyd edib.

Putin əlavə edib ki, çoxlu sayda informasiya toplumu mövcuddur və müxtəlif səhifələr insanları yanlış istiqamətləndirə bilər.

Onun sözlərinə görə, yekun nəticələrə ona daxil olan bütün məlumatların məcmusu əsasında gəlir.

Putin həmçinin Ukraynadakı müharibədə iştirak edən rus hərbçiləri barədə də danışıb.

“Xüsusi hərbi əməliyyatın qəhrəmanları tarix yazırlar”, – deyə Putin bildirib.

O, qeyd edib ki, gələcək nəsillər bu insanların nümunələrindən öyrənəcəklər və bunun üçün artıq çox iş görülür.

Putin əlavə edib ki, xalqın şüurunda xidmət etdikləri işin əhəmiyyətini möhkəmləndirmək lazımdır.

“Hazırda sizin üçün məndən daha çətindir, çünki siz həyatınızı riskə atırsınız”, – deyə Putin hərbçilər haqqında bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO