Netanyahu ABŞ-da həbs ediləcəkmi? - VİDEO

Netanyahu ABŞ-da həbs ediləcəkmi? - VİDEO

Hazırda oxunan: Netanyahu ABŞ-da həbs ediləcəkmi? - VİDEO

627577

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Dövlət katibi Marko Rubio ilə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə bağlı müzakirə apardığını bildirib.

Bizim.Media xəbər verir ki, Netanyahu qeyd edib ki, Rubio ABŞ-ın BCM-ə qarşı qətiyyətli addımlar atmaq niyyətini bir daha təsdiqləyib.

“Dünən Dövlət katibi Marko Rubio ilə danışdım və o, bir daha ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı qətiyyətlə hərəkət etmək niyyətini təsdiqlədi.
 

BCM bütün dünyada ədaləti təhlükə altına qoyur, həmçinin demokratik və suveren dövlətlərin öz suverenliyini həyata keçirmək hüququnu təhdid edir.


Əslində, bu qurum onların təhlükəsizliyini Haaqadakı korrupsiyaya uğramış bir qrupun qərarlarına tabe etdirməyə çalışır”, – deyə Netanyahu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO