Nobel mükafatçısından 700 azyaşlı qızla bağlı heyrətamiz qərar...

Nobel mükafatçısından 700 azyaşlı qızla bağlı heyrətamiz qərar...

Hazırda oxunan: Nobel mükafatçısından 700 azyaşlı qızla bağlı heyrətamiz qərar...

129367
“Türkiyənin əyalətində doğulmuş bir insan kimi mən təhsilin gücünə inanıram. Yaxşı bilirəm ki, təhsil mənim həyatımda nələr edib. İstəyirəm, Türkiyədə və dünyadakı bütün qızların qarşısında mənim qarşımda olmuş imkan olsun.”x9d

2015-ci il Kimya üzrə Nobel Mükafatının qalibi Aziz Sancar bugünlərdə qızlar üçün təhsil proqramı elan edib. O, Harriet Fulbright İnstitutunun dəstəyilə Türkiyədən 700 nəfər altıncı sinifdə oxuyan qızı seçəcək, onları elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə təhsilə cəlb edəcək.

Layihəyə nəinki Türkiyədə yaşayan bütün 6-cı sinif qızları, həmçinin Suriya qaçqını olan 6-cı sinif qızları da qoşula bilərlər.

Şagirdlərin seçim mərasimləri Türkiyənin yeddi şəhərində həyata keçiriləcək. Aziz Sancar şəxsən Türkiyənin ucqar əyaləti Zonquldakdan İstanbula qədər müxtəlif universitetlərində bu məsələyə həsr olunmuş üç konfrans keçirəcək.

Aziz Sancarın bəyanatında deyilir: “Türkiyənin əyalətində doğulmuş bir insan kimi mən təhsilin gücünə inanıram. Yaxşı bilirəm ki, təhsil mənim həyatımda nələr edib. İstəyirəm, Türkiyədə və dünyadakı bütün qızların qarşısında mənim qarşımda olmuş imkan olsun.”x9d

Proqramı maliyyələşdirənlər arasında Türkiyə Hava Yolları şirkəti də var.

Aziz Sancar 1982-ci ildən ABŞ-ın Şimali Karolina Universitetində professor və tədqiqatçıdır. O, Nobel mükafatını DNT-nin bərpası sahəsində araşdırmalarına görə alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO