
- A-
- A
- A+
Maraqlı
01:51 / 09.02.2016
2 dəq oxunma
Saz və tüfəng...
Hazırda oxunan: Saz və tüfəng...
120411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Nəvəm Məryəm divardakı xalçanı döstərib məndən soruşdu:
xa0-Baba, xalçanın üzərindən asdıqların nədir?
xa0-Biri sazdı, mənim balam, o biri də tüfəng.
xa0-Onları neyləyirlər, baba?
xa0-Sazı çalırlar, qızım, tüfənglə atəş açırlar.
xa0-Bəs onları niyə xalçanın üzərindən asmısan, baba?
xa0 -Elimizin adətidir, mənim balam, evə dost kimi, qonaq kimi gələnləri sazla, musiqi ilə qarşılayarlar, düşmən kimi gələnlərə tüfənglə cavab verərlər.
xa0-Bəs o sazı niyə çalmırsan, baba?
xa0-O sazı düz iyirmi iki il əvvəl mənim atam, sənin atanın babası divardan asıb.Tapşırıb ki, Qarabağ azad olunanda çalarsınız.
xa0-Baba, bəs tüfəngi nəyə hündürdən asmısan?
xa0-Ona görə hündürdən asmışam ki, sənin əlin çatmasın.
xa0-Niyə? Mən onu oynada bilmərəm?
xa0 -Yox, qızım, silahla oynamaq olmaz. O çox təhlükəlidir, içində güllə var. Ehtiyatsızlıq eləsən, güllə gedib dəyər babana, baban ölər. Sən istəyirsən baban ölsün?
xa0-Yox, baba, mən səni çox istəyirəm. Sən ölsən, bəs mənə kim nağıl danışar, oyuncaq alar? Kim məni gəzməyə aparar?
xa0-Agıllı qızım, ona gürə də tüfəngə əl vurmaq olmaz.
xa0-Onda sazı ver, oynadım.
xa0-Yox, qızım, dedim axi, o saz Qarabağ azad olunanda çalınacaq.
xa0-Qarabag nədi, baba?
xa0-Sən bağçada "Vətən" mahnısı öyrənmişdin ha, yadındadı?
xa0-Hə, baba, mən o mahnını çox sevirəm. Oxuyum səninçün?
xa0-Oxu, qızım, oxu.
xa0-Gözəl Vətən, can Vətən,
xa0Əziz, mehriban Vətən!
xa0-Ay sağ ol, qızım, bax, Qarabag da o Vətənin bir parçasıdır.
xa0-Baba, böyüyəndə məni Qarabağa aparacaqsan?
xa0-Əlbəttə, mənim balam, Cıdır düzünün əlvan çiçəklərindən dərib sənin saçlarına düzmək mənim ən müqəddəs arzumdur...
Məzahir Süleymanzadə, tanınmış publisist-şair-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































