“Bilirəm ki, Mişel məndən daha nüfuzludur, amma o prezident olmayacaq”x9d

“Bilirəm ki, Mişel məndən daha nüfuzludur, amma o prezident olmayacaq”x9d

Hazırda oxunan: “Bilirəm ki, Mişel məndən daha nüfuzludur, amma o prezident olmayacaq”x9d

117669
ABŞ prezidenti xa0Barak Obama amerikalılar arasında nüfuzunu itirsə də, onun arvadı Mişel Obama amerikalılar arasında populyar olaraq qalmaqdadır.xa0

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Mişel Obama bu nüfuz və reytinqlə prezident və ya Senat seçkilərində iştirak edib uğur əldə edə bilərdi. Ekspertlər də hesab edir ki, əgər o seçkilərdə iştirak edərsə çox ciddi rəqib ola bilər.
Çünki aparılan sorğulara görə, Mişel Obamanın Amerika cəmiyyətində xa0reytinqi 66% - dir. Ölkə başçısı Barak Obamanın reytinin bundan qat - qat aşağıdır. Baxmayaraq ki, Mişel bu suallardan qaçır, ancaq dövlət başçısı deyib ki, onun arvadının belə bir ambisiyası yoxdur. “Həyatda üç dəyişməz prinsipimiz var; - bunlar ölüm, vergi və bir də Mişel heç zaman prezident seçkilərində iştirak etməyəcək”x9d, - deyə Ağ evin rəhbəri qeyd edib.

Barak Obama da arvadının özündən populyar olmasına yumorla yanaşır: “Bilirəm ki, Mişeli məndən çox istəyirsiniz. Bu normaldır. Sizi inandırıram ki, bu məsələdə xa0siz tək deyilsiniz”x9d.

Mişel Obamanın populyarlığı onun sosial aktivliyi ilə izah edilir. O prezident administrasiyasında keçmiş amerikalı hərbçilərin mənzillə təmini, Amerika vətəndaşlarını, digər üçüncü ölkələrin və inkişaf etməkdə olan ölkələrdən olan qızların ali təhsil alması, həmçinin sağlam həyat tərzi ilə bağlı proqrama kuratorluq edir.

Mişelin populyarlığına səbəb olan amillərdən biri də digər birinci ledilərdən fərqli olaraq komplekslərə malik olmaması, ictimaiyyətə açıq olması, tele - şoularda iştirak etməsi, özünü aktrisa kimi sınaması, hətta məclislərdə qonaqlara yemək paylamasıdır.
xa0
Aktirsa kimi özünü sınayan Mişel bir neçə filmdə rol da alıb. Hətta onun sağlam həyat tərzi ilə bağlı həyata keçirdiyi layihə üçün çəkdirdiyi Lets Move! (Gəlin xa0hərəkət edək) rolikinə 20 milyon baxış olub.
O, lazım gəldiyi yerdə rep oxuyur, rəqs edir, "tusovka"larda iştirak edir, bağçılıqla məşğul olur...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO