Zülfiyyə Xanbabayevadan Nadirə DƏSTƏK: “Çox istedadlıdır” 

Hazırda oxunan: Zülfiyyə Xanbabayevadan Nadirə DƏSTƏK: “Çox istedadlıdır” 

74026

“Nadirə “Avroviziya”da uğurlar arzu edirəm”.  

Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva Bizim Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Sənətçi, bu gün “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək Nadir Rüstəmliyə dəstək olduğunu bildirib.  

“Bu tək Nadirə aid deyil, hansı ifaçı bizi Avropa səhnəsində təmsil edirsə mən onu dəstəkləyirəm. Bütün gəncləri dəstəkləyirəm. Alnı açıq, üzü ağ Azərbaycana və onun estradasına yaraşan perfomans sərgiləyər. “Səs Azərbaycan” yarışmasından Nadirlə tanışam. Çox istedadlı bir ifaçıdır”.  

Z.Xanbabayeva “Avroviziya”da səslənən mahnıları da tənqid edib.

“Artıq neçə illərdir ki, “Avroviziya”da ciddi müsiqilər səslənmir. Amma bizim iştirakçımız orada çıxış etdiyinə görə, onu dəstəkləyirəm”.  

Qeyd edək ki, bu gün İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. İkinci yarımfinalda Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə çıxacaq. O, dördüncü nömrə altında çıxış edəcək.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO