"Qızım arzumu reallaşdırdı"

"Qızım arzumu reallaşdırdı"

Hazırda oxunan: "Qızım arzumu reallaşdırdı"

616011

Xalq artisti Səkinə İsmayılova ən böyük arzusundan danışıb.

Bizim.Media xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi uşaqlıqda hüquqşünas olmaq istədiyini bildirib:

"Hüquqşünas olmaq istəyirdim. Amma o vaxt professor Vidadi Xəlilovu məktəbimizə göndərmişdilər ki, istedadlı uşaqları seçsin. Məktəbdə ansambl düzəltmişdilər. Məni də evdən oxumağa qoymurdular. Amma bildirmişdilər ki, Səkinə xanımın səsi var. Məni oxutdurdular. Daha sonra dedim ki, oxumaq istəmirəm, hüquqşünas olmaq istəyirəm. Axırı bu alovun içinə məni Vidadi müəllim atdı.

Qismət belə oldu ki, qızım hüquqşünas oldu. Bəlkə də uşaqlıqda eştmişdi. İçində qalmışdı ki, anamın belə bir arzusu olub. İndi deyir ki, sənin arzunu yerinə yetirmişəm. Əslində fikrində də bu sahə idi. Qızım mənim arzumu reallaşdırdı". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO