- A-
- A
- A+
Köşə
16:16 / 24.09.2015
2 dəq oxunma
Xilas qurbanı...
Hazırda oxunan: Xilas qurbanı...
97158
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İbrahim peyğəmbərin hərəkətini müsəlman aləmində kütləvi kəsim kimi qəbul edən və islamın mahiyyətini qanla izah etməyə çalışanların yüz illərdi müxtəlif ideologiyalar uğrunda ölən və öldürən insanların əməllərini hansı kitaba yazdıqlarını bilmək istərdik. Əgər Allah vəhylə bir kimsəyə oğlunu onun yolunda qurban etməyi rəva görməyibsə,bundan böyük müqəddəslik və bəşəri dərs varmı?
Dünyada inaamsız yaşaya bilərsən və unutduğun ilk qüvvə yaradılışın mənbəyi və ömrün mənsəbi ola bilər.Lakin bir gün həyatda mütləq sınağa çəkiləcəksən.Halbuki dünyanın mənasını ağrılarda,qorxuda dərk etmək,sevgi ilə mövcudluğun anlamını başa düşməkdən daha pisdir.
Qurban bayramı sizin indi gözünüzün qabağındakı antisanitariya, yaxud yol qıraqlarına səpələnmiş zoologiya deyil.Qurban bayramı Məkkəyə və Mədinəyə günahlarını bağışlatmaq üçün gedənlərə insafsızcasına və mürvət tanımadan sırınan heyvanların ticarət mərasimi də deyil.Qurban bayramı evlərimizdən çıxardığımız və guya məzlumla,sayılla tikəmizi bölmək hadisəsi də deyil.Qurban bayramı var-dövlətini bir kəsimlə sığortalamaq fürsəti də deyil.
Qurban bayramı inamına görə insanın xilas olmasıdır.Bıçaq altına gedən də,onu Allaha əta edən də ilk növbədə,segisi ilə sınağa çəkilmişdi.Onu yerdən qaldırıb ən ali məxluqu elan edən qüvvə bəşəriyyətə göstərmək istədi ki,bəndələrini sevir!
Min illərdi ki,İsmayılın təzədən hüzura qovuşması hadisəsi üzərinə gedirlər.Lakin hamı dərk edir ki,dünyanın ələ keçirilməsi siyasətini,işğalçılıq müharibələrini və kütləvi qırğınları ən ali məramlarala,yüksək ideallarla izah etsələr də bunun Tanrının inkar cəhdi olduğunu gizldə bilmirlər.
İŞİD hər gün yıxıb kəsir. İsmayılı xilas edən Allahın əvəzindən milyonlarla insan birləşib bu qurbanlıq adamların ölümünü durdura bilmir. Çünki müqəddəs yerlərin ziyarətinə gedənlərin hədəfi hələ ki,başqadır.Halbuki şeytana atılan daşlarla o qurbanlıq insanların cəlladlarını cəzalandırmaq olardı.
Qurban sevginin,ehtiramın,hörmətin paylaşdırlması törənidir.Allah İsmayılla bizi qorumaq istəyibsə,kəsdiyimiz hər bir qurbanda qonşuya,qohuma və bütün millətə əmin-amanlıq istəyənlərin bayramıdır bu gün.
Heyvan kəsməyə bilərsiz. Onun günahı bağışlanandır. Təki kimisə xilas etmək üçün nəyisə qurban verməyi bacarasız!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































