Oyun içində oyun

Oyun içində oyun

Hazırda oxunan: Oyun içində oyun

66952

Hazırda dünyada baş verən hadisələr böyük zəlzələ öncəsi artçı şoklara bənzəyir. Bu təmsili savaşlar, kəşfiyatların qarşıdurmaları, assimetrik hücumlar, piar əməliyatları da yenidən paylaşımın hazırlıq mərhələsi kimidi. Birinci dünya savaşı ərəfəsindəki duruma bənzəyir hazırkı vəziyət. Ingilizler o duruma yaxşı hazırlaşaraq gəlmişdilər. İttihad-İslam fikrini və Osmanlını dağıtmaq üçün iki əsas ideolojiq silah hazırlamışdılar. Bu iki silahın ikisi də bu gün aktualdı. Birinci silah mötədil İslama qarşı radikal İslamdı. Osmanlının geriləmə dövrüylə birliktə ortaya çıxan dindəki bəzi bidətlərə, xürafələrə, əsli qaynaqlardan uzaqlaşmalara qarşı mübarizə adı altında yeni Vəhabi - Sələfi duruşun Ərəblər arasında dəstəklənməsi və beləliklə bölünmənin əsaslarının yaradılması. Dəriyə anlaşmasında əsası qoyulan müqəddəs torpaqları da əhatə edən Səudiyyə dövlətinin qurulması İngilizlərin əsas arzularından biriydi. İkinci silah isə Osmanlı idarəsi altında yaşayan xalqların etnik bilincinin canlandırılmasıydı. Burada da xristiyan xalqlardan sonra yenə əsas hədəf Ərəblərdi. Onların milliyyətçilik şüurunun, yeni versiyada Əməvi dindarlığının formalaşdırılmasına böyük önəm verilməktəydi. Çünki müxtəlif şirinikləşdirici təkliflərlə oyuna çəkilən Ərəblərin milli duyğularının qabarması Osmanlının dağılması və zəngin neft yataqlarına sahib olan bu torpaqlarda İngiliz projesi istiqamətində yeni, zəyif dövlətlərin meydana gətirilməsi deməkdi. Buna nail oldular. Bu uzun məsələdir. Gələk günümüzə. O dönəm İngilizlərin dəstəklədiyi, İslama qarşı genetikası dəyişdirilmiş vəyaxut əslindən qoparılmış İslam çizgisi bu gün də aktualdır və əsas oyunçu kimi də yenə səhnədədir. Fərqli interpretasiyalar, gruplar adı altında olsalar da ideolojiq mənbə yenə də Osmanlının çöküşündə də mühüm rol oynayan sözdə Sələfilikdir. Məncə Sovetlər İttifaqının dağılmasından sonra Osmanlının mədəniyət coğrafiyası hesab edilən Balkanlardan Orta Asyaya qədər uzanan geniş coğrafiyalarda Səudiyyə üzərindən bu təlimin geniş yayılmasında da üstün planlaylcı bir ağıl mühüm rol oynadı . Əsas məqsəd isə bu cərəyanlar vasitəsiylə mötədil Islami dəvəti adı çəkilən coğrafiyalarda radikal dalanlara sıxışdıraraq bitirmək və yeni bir gücün lokomotovi ola biləcək Türkiyənin təsirini bu coğrafiyalarda minimuma endirməkdi . Eyni zamanda sələfi şiyə qarşıdurmasının dizayn edərək müsəlmanlar arasında daima gərgin , barışmaz və partlayışa hazır mühitin yaradılması da bu məqsədlərdən biri olaraq qarşımıza çıxır. Bir araşdırma Balkanlardan Orta Asyaya uzanan bu coğrafiyalarda sözdə cihada yollanan şəxslərin böyük əksəriyyətinin özlərini sələfiliyə nisbət edən anlayışların təsiri altında qalaraq Əfqanıstana, Suriyəyə getdiklərini göstərir. Yəni ta Osmanlının çöküşündən bu yana dizayn edilən qeyri ənənəvi bir İslami anlayış üzərindən çoxməqsədli planların həyata keçirildiyi ortadadır. Hər dəfə müsəlmanların bir birinə qarşı qoyulması, zəiflədilməsi, birliyin əngəllənməsi və sərvətlərin bölüşdürülməsi.Ortadoğuda dinə qarşı din düsturuyIa IŞID qasırğasına əlverişli şərait yaradılır, dünyanın hər tərəfindənn bu ceryanlar vasitəsiylə insanlar devşirilərək oraya göndərilir, terror hadisələri törədilərək İslam düşmanlığı körüklənir,sonra da radikallıq artır deyə müsəlmanlar öz ölkələrində təziq altında tutulur .Səudiyyə Ərəbistanı üzərindən müsəlman ölkələrinə transfer edilən bu cərəyanlar vasitəsiylə necə mükəmməl işləyən bir planın qurulduğu ortadadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO