ATV-də yeni layihələr, yeni proqramlar...

ATV-də yeni layihələr, yeni proqramlar...

Hazırda oxunan: ATV-də yeni layihələr, yeni proqramlar...

59215

Televiziya xalqın güzgüsüdür. Bu güzgüdən baxanda hər şey aydın görünür. Əgər orada obyektivlik, qərəzsizlik, hadisələrə real baxış varsa... Son iki ildə ən çox baxdığım və bəyəndiyim ATV kanalıdır. Sual doğur - niyə? Çünki kanal dövlət və dövlətçiliyimizi, siyasi, iqtisadi, sosial, mədəniyyət, idman sahəsindəki uğurlarımızı, milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi obyektiv şəkildə təbliğ edir. İşinə, vəzifəsinə məsuliyyətlə yanaşmayan, vəzifəsindən sui-istifadə edən məmurların, icraçıların iç üzü qərəzsiz şəkildə tamaşaçıya çatdırılır. Narazılıq doğuran aktual problemlər kanalda qabardılır, xalqa çatdırılır. Sevindirici haldır ki, qaldıran hər bir problem qısa vaxt ərzində lazımi ünvanlara çatır və problem aradan qaldırılır.

Bu təbii ki, ilk növbədə ATV -nin kollektivinin yüksək peşəkarlığının, məsuliyyətinin, ideal idarəetmə bacarığı ilə seçilmələrinin nəticəsidir. Dünya azərbaycanlıları ilə qurulan əlaqələr, dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması yollarında aparılan işlər, mədəni irsimizin bir qolu olan muğamlarımızın, ozan sənətimizin, milli rəqslərimizin təbliği kanalla tamaşaçı arasında bir inam körpüsü yaradır. Şəhid ailələri ilə qurulan münasibət, müntəzəm onlarla əlaqə, döyüşən əsgərlərlə əlaqədar görüşlərin təbliği kanalın xalqa daha yaxın olmasından xəbər verir. Şəxsi münasibətlər bu kanalın iş prinsipinə ziddir. Bunu biz həm tamaşaçı, həm də bir ziyalı olaraq efirdən aydın görürük.
Regionların sosial-iqtisadi inkişafı müntəzəm olaraq obyektiv şəkildə işıqlandırılır. Kanalın daha bir müsbət cəhəti ondadır ki, aparıcılar sırf Azərbaycan dilində danışır. Rus sözlərindən və ifadələrindən istifadə edilmir. Deməli Azərbaycan ədəbi dilinin incəlikləri qorunub saxlanılır. Ölkədə baş verən olaylar,.tədbirlər kanalın xəbərlər buraxılışında qərəzsiz şəkildə təqdim edilir.
Sevindiricidir ki, bu kanala bütün ailələr birgə baxa bilir Çünki onlar bu obyektiv, dəyərli kanala bir ailəm qədər inanırlar. ATV kanalına baxan hər kəs bəhrələnir, kanalı dəyişmək istəmir. Çünki bu kanala rəhbərlik edənşəxslər dövlətini, dövlətçiliyini sevən, onun bir əsgəri kimi keşiyində mübariz dayananinsanlardır. Bu gün ATV ən baxımlı kanal olmaqla bərabər ziyalı bir kanaldır. Əgər bir kanalda ziyalılıq varsa, deməli orda azərbaycançılıq var. Var olsun özünün tərəqqi, inkişaf dövrünü yaşayan bənzərsiz ATV
İstər xəbər, istər mədəniyyət, istərsə də şou sahəsində bol yeniliklər və dəyişikliklər göz qabağındadır. Bir çox verilişlər sentyabrın 15-dən, bəzi teleproqramlar oktyabrın əvvəllərindən intizarla oturan seyrçilərin zövqünü oxşayaraq tamaşaçı məhəbbəti qazanırYeni layihələr,çoxsaylı proqramlar kəmiyyət yox,keyfiyyər,bədiilik baxımından inkişafa aparır kanalı..Uğurlarınız bol olsun!

 

Filologiya elmləri doktoru, professor, nəğməkar şair

Vüqar Əhməd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO