Buzovnada rəfiqəsini öldürən azyaşlının cəzası dəyişdirilmədi ”“  FOTO

Buzovnada rəfiqəsini öldürən azyaşlının cəzası dəyişdirilmədi ”“ FOTO

Hazırda oxunan: Buzovnada rəfiqəsini öldürən azyaşlının cəzası dəyişdirilmədi ”“ FOTO

83015
Aydan rəfiqəsinə xəbərdarlıq edib ki, tanış olduğu insanları evə gətirməsin.

Bakı Apellyasiya Məhkəməsində Aydan Xalitovanın (1998-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Moderator.az xəbər verir ki, ötən il noyabrın 27-də Xəzər rayonunun Buzovna qəsəbəsində Aydan Xalitova tanışı Şəms Abdullayevaya (1991-ci il təv.) bıçaqla xəsarət yetirərək, onu ağır yaralayıb, nəticədə 3 saylı klinik xəstəxanasına çatdırılan qız həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Daxil olan məlumat əsasında hadisə yeri Xəzər RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, iş üzrə əhəmiyyət kəsb edən müvafiq maddi sübutlar aşkar edilib. Həmin axşam Aydan Xalitova Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. xa0

İstintaqla müəyyən edilib ki, yetkinlik yaşına çatmayan A.Xalitova anasının himayəsində olarkən yüngül həyat tərzi keçirdiyi və anasının sözünə baxmadığı üçün anası ondan imtina edib. Bu səbəbdən də o, Xəzər rayonunun Buzovna qəsəbəsində rəfiqəsi Şəms Abdullayeva ilə kirayədə qalıb, eyni zamanda birlikdə kafedə ofisiant işləyiblər. Aralarında tez-tez mübahisələr baş verib, Aydan rəfiqəsinə xəbərdarlıq edib ki, tanış olduğu insanları evə gətirməsin.

Noyabrın 27-də Xalitova Abdullayevanı Musa Sultanov adlı tanışının “VAZ”x9d markalı avtomaşınına mindiyini görüb və ona yaxınlaşaraq kirayədə qaldıqları mənzilin açarını istəyib. Şəms isə açarı verməkdən imtina edib və bu zəmində aralarında mübahisə düşüb. Bu zaman Aydan üzərində olan açılıb-qatlanan bıçaqla sinəsinə bir zərbə endirməklə onu qətlə yetirib.xa0

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi məqsədi ilə apellyasiya şikayəti verib.xa0

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO