Qaradağda iki şəxsi öldürməkdə şübhəli bilinən həbs olundu

Qaradağda iki şəxsi öldürməkdə şübhəli bilinən həbs olundu

Hazırda oxunan: Qaradağda iki şəxsi öldürməkdə şübhəli bilinən həbs olundu

66667
Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumatda deyilir:

Yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester”x9d markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Leksus”x9d markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçmışdır.
Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO