Azərbaycanda ər arvadına uşaqlarının gözü qarşısında işgəncə verdi

Azərbaycanda ər arvadına uşaqlarının gözü qarşısında işgəncə verdi

Hazırda oxunan: Azərbaycanda ər arvadına uşaqlarının gözü qarşısında işgəncə verdi
63800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanda dəhşətli işgəncə faktı qeydə alınıb.

Moderator.az - ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində baş verib.

Salyan rayonunda anadan olan, hazırda Sumqayıt şəhərində yaşayan, 1982-ci il təvəllüdlü İsrafil Samid oğlu Ələkbərov keçmiş həyat yoldaşı Aynur Qadir qızı Həsənovanı döyüb. Daha sonra İ. Ələkbərov A. Həsənovanın əl-ayağını və ağzını yapışqanla bağlayaraq qaynar suyu onun başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə tökərək keçmiş həyat yoldaşına ağlasığmaz işgəncələr verib. Bütün bu hadisələr onların azyaşlı uşaqlarının gözü qarşısında baş verib.

Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən İ. Ələkbərov tutulub.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər bir müddət əvvəl boşanıblar. İ. Ələkbərov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO