Səbuhi Xanlarov buna görə həbs edilib -xa0TƏFƏRRÜAT

Səbuhi Xanlarov buna görə həbs edilib -xa0TƏFƏRRÜAT

Hazırda oxunan: Səbuhi Xanlarov buna görə həbs edilib -xa0TƏFƏRRÜAT

605749

Bloger Səbuhi Xanlarov "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun şərəf və ləyaqətinin alçaldılmasına görə həbs edilib.

1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, subay, ali təhsilli Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq, fevral ayının 27-də 23:30 radələrində saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.

Məhkəmə iclasında Səbuhi Xanlarov özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərib ki, Ziliş Cəfərovla zarafatlaşarkən digər dostu video çəkib və sonradan bu görüntülər onların məlumatı olmadan sosial şəbəkədə paylaşılıb. Onun Zilişin şərəf və ləyaqətini alçaltmaq kimi bir məqsədi olmayıb və barəsində daha yüngül tənbeh tədbiri görülməsini xahiş edib.

Məhkəmənin qərarı ilə, Səbuhi Xanlarov İXM-in 510 -cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 27 fevral 2022-ci il saat 23:30-dan hesablanıb. Həbsetmə ilə bağlı qərarın icrası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilib.

Qeyd edək ki, 20.02.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərova 15 sutka inzibati həbs cəzası verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO