Bərdə sakinində külli miqdarda narkotik və silah-sursat aşkarlandı

Bərdə sakinində külli miqdarda narkotik və silah-sursat aşkarlandı

Hazırda oxunan: Bərdə sakinində külli miqdarda narkotik və silah-sursat aşkarlandı
260052
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevralın 22-də daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Bərdə rayon sakini Salman Salmanzadə heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun yaşadığı ünvana baxış keçirilərkən oradan 4 ədəd sellofan bükümdə ümumi çəkisi 170.49 qram olan herion, 1 ədəd sellofan bükümdə 11.01 qram tiryək, 77.33 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları, 1 ədəd ampulada çəkisi 2.24 qram olan kalsium permanqanat maddəsi aşkar edilərək götürülüb.

Həmçinin S.Salmanzadəyə məxsus evdən qanunsuz olaraq saxladığı 1 ədəd "İJ-16" markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 15 ədəd ov tüfənginə məxsus, 2 ədəd isə 7.62 kalibrli avtomat patronları, eləcə də 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat dəyərində saxta pul əskinasları, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO