Manaf Ağayev Akif Çovdarovun adı hallanan məhkəmədə

Manaf Ağayev Akif Çovdarovun adı hallanan məhkəmədə

Hazırda oxunan: Manaf Ağayev Akif Çovdarovun adı hallanan məhkəmədə
153237
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”x9dnın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

İclasda dövlət ittihamçısı ittiham aktını elan edib. İ.Qasımov özünü təqsirli bilmədiyini deyib. Ona sərbəst ifadə vermək təklif olunsa da, bundan imtina edib.

Bundan sonar zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkən Mehriban Hüseynova ifadə verərək deyib ki, İ.Qasımova ev almaq üçün 53 min manat pul verib: “Sonra gördüm ki, bu şirkətin vəziyyəti yaxşı deyil. İlham Qasımova dedim evi başqasına satdı. Əvvəl pulumu verməsə də, sonra ödədi. Heç bir şikayətim yoxdur”x9d.

Digər zərərçəkən Sahib Muradov isə hələ də ona dəyən ziyanın ödənilmədiyni deyib: “Mən də ev almaq üçün İlham Qasımova 76 min manat verdim. Sonra o mənim evimi satdı, pulumu da qaytarmadı. Mənə dəyən maddi ziyanın ödənilməsini istəyirəm”x9d.

Məhkəmədə müğənni Manaf Ağayev də iştirak edib. Növbəti proseslərdə o sahid kimi ifadə verəcək.

Məhkəmə prosesi oktyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO