“Xəzər LTD”x9d ”“ nin rəhbərinə cinayət işi açılır 
 ”“ FOTO

“Xəzər LTD”x9d ”“ nin rəhbərinə cinayət işi açılır ”“ FOTO

Hazırda oxunan: “Xəzər LTD”x9d ”“ nin rəhbərinə cinayət işi açılır ”“ FOTO

140473

2009-cu ilin noyabr ayından, 2013-cü ilin dekabr ayının 31-dək Xəzər LTD-də çalışmış bir qrup vətəndaş indiyə kimi şirkət rəhbərindən işlədikləri pulu ala bilmirlər.

Şirkət rəhbəri Elman Abbasovun "Azəriqaz"la müqaviləsi əsasında Xəzər, Hacıqabul, İsmayıllı və Abşeron rayonlarında qaz xətləri çəkən vətəndaşların şirkət rəhbərindən külli ”“ miqdarda alacaqları var.

Pullarını ala bilməyən sakinlər ölkə başçısına və hüquq ”“ mühafizə orqanlarına şikayət ediblər. Bu gün Sabunçu rayon 15 ”“ ci polis bölməsinə dəvət edilən şikayətçilərin izahatları alınıb. Bölmədən bildirilib ki, iş istintaqa göndəriləcək və faktla bağlı cinayət işi açılacaq.

Şirkət rəhbərinin borclu olduğu işçilərin siyahısı belədir:

Bərdə rayon sakini Hüseynov Ramiz Alış oğlu. (42500 manat borc)

Qobustan rayon sakini İbrahimov Bəhmən Mehralı oğlu. (6200 manat borc)

Bərdə rayon sakini Həsənov Faiq Yadigar oğlu. (32000 manat borc)

Mehdiabad qəsəbə sakini Məmmədov Vasif Vaqif oğlu. (8600 manat borc)

Bakı şəhər Bozovna qəsəbə sakini Yunusov Babək Balabəy oğlu. (38000 manat borc)

Sabunçu rayon Kürdəxanı qəsəbə sakini İbrahimov Fuad Qurban oğlu. (10500 manat borc)

Sabunçu rayon Ramana qəsəbəsi sakini Mirəzyev Əfsəl Aslan oğlu. (3500 manat borc)

Bakı şəhər A.Zeynallı küçəsi sakini Ələkbərov Gəray Xəqani oğlu. (5800 manat borc)

Vasif Əlihüseyn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO