Xıdralanda narkoman taksi sürücüsü tutuldu: “... biabır oldum”x9d

Xıdralanda narkoman taksi sürücüsü tutuldu: “... biabır oldum”x9d

Hazırda oxunan: Xıdralanda narkoman taksi sürücüsü tutuldu: “... biabır oldum”x9d

138908
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları 45 yaşlı narkomanı saxlayıb. 

Samir Məmmədov ilkin ifadəsində bir ildir narkotikə qurşandığını bildirib və bunu “xəstəlik”x9d adlandırıb.
 
“Düşmüşəm də bu xəstəliyə. Taksidə işləyirdim. Ordan-burdan əlimə keçdi, başladım. Hərdən iynə də vururam. Amma çox vaxt iyləyirəm”x9d.
 
Əməliyyatçılar Samiri Xırdalan şəhərində şübhəli hərəkətlərinə görə saxlayıblar. Polis idarəsinə gətirilən Samir Məmmədovun üzərindən heroin aşkarlanıb.
 
Taksi fəaliyyəti ilə məşğul olan 45 yaşlı Samir gündəlik qazancının bir hissəsini narkotik almağa xərcləyib.
 
Samir Məmmədov peşimanlıq çəkdiyini bildirib: “Çox peşimanam. Uşaq, ailə qaldı. Onun-bunun yanında biabır oldum”x9d.
 
Samirin məktəbli övladı da var. Özünün dediyinə görə, narkotikdən istifadə etdiyini ailəsi bilmirmiş.(musavat)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO