BVF: Ölkələrin borc problemini həll etmək üçün mühüm addımlar atılmalıdır

BVF: Ölkələrin borc problemini həll etmək üçün mühüm addımlar atılmalıdır

Hazırda oxunan: BVF: Ölkələrin borc problemini həll etmək üçün mühüm addımlar atılmalıdır

856

Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristalina Georgiyeva COVID-19 pandemiyası dövründə ölkələrin borc problemlərini həll etmək üçün mühüm addımların atılmasının lazım olduğunu bildirib. Məsələ ilə bağlı bir neçə təklifin olduğunu vurğulayıb. K. Georgiyeva qeyd edib ki, ötən həftə G20 ölkələri tərəfindən razılaşdırılmış azgəlirli ölkələrin kreditinin dondurulmasını altı ay uzadılması məhz sözügedən addımların sırasına daxildir, lakin daha təcili tədbirlər tələb olunur: "Kreditorlar arasında daha yüksək borc şəffaflığına və daha çox koordinasiyaya getməliyik. G20-nin "Suveren Borcların Tənzimlənməsinin Ortaq Əsasları" mövzusundakı müzakirələri və özəl sektorun iştirakı da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı tənzimlənmə çağırışı bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə onların siyasətlərini dəstəkləyirik".

Bundan əlavə, BVF-in baş direktoru kreditorları və borc alan ölkələri kreditlərin restrukturizasiyasını məhz borc səviyyəsi qəbuledilməz olduğu ölkələrdən başlamağa çağırıb.

Mənbə: APA-Economics

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO