Azərbaycan

Azərbaycan "Acer" kompüterlərinin istehsalına başlayır

Hazırda oxunan: Azərbaycan "Acer" kompüterlərinin istehsalına başlayır

75047
Azərbaycan “Acer”x9d markalı fərdi kompüterlərin seriyalı istehsalına başlayır.

Bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə məlumat verib.

Agentliyin müsahibinin sözlərinə görə, istehsala başlamaq üçün bütün lazımi şərait yaradılıb. Bunun üçün yalnız Dövlət Gömrük Komitəsinin müvafiq icazəsini almaq məsələsi həll edilməlidir.

İstehsal olunan kompüter texnikası “İntel”x9d şirkətinin prosessor və çiplərinə əsaslanacaq.

Bundan əvvəl mənbə Trend-ə bildirmişdi ki, layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihəyə ilkin investisiyanın 10 milyon manat olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO