Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Hazırda oxunan: Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

631973

Rusiya əhalisi hökumətin müharibəni maliyyələşdirmək üçün əmanətləri müsadirə etməyə başlaya biləcəyi qorxusu ilə pullarını kütləvi şəkildə banklardan çıxarırlar.

Bizim.Media xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti yayıb.
 

Rusiya Mərkəzi Bankının məlumatına görə, avqustun ilk iki həftəsində banklardan təxminən 3,4 milyard dollar (286,4 milyard rubl) çıxarılıb. İyul ayında əhali 7,3 milyard dollar, iyun ayında isə 4,5 milyard dollardan çox pulu banklardan çıxarıb.


Sberbank-ın yüksək vəzifəli rəhbəri Taras Skvortsovun sözlərinə görə, bu il çıxarılan vəsaitlərin ümumi məbləği Rusiya əhalisinin Ukraynada tammiqyaslı işğalın ilk ilində banklardan çıxardığı vəsaitin təxminən ikiqatı ola bilər.

Vəsaitlərin xaric olması artıq bəzi Rusiya bankları üçün likvidlik problemləri yaradır. Skvortsovun və Rusiyanın keçmiş yüksək vəzifəli maliyyə rəsmisinin sözlərinə görə, bu, hərbi istehsalın artırılmasına yönəlmiş kredit bumundan sonra artan pis borcdan əziyyət çəkən maliyyə sektoruna əlavə təzyiq göstərir:

"Dronlar uçur. Hər şey yanır. Gərginlik artır. Və bəlkə də insanlar yeni bir müdrikliyə oyanmağa başlayırlar: nağd pulun heç vaxt qaytarılmaya biləcəyi bir bankda deyil, yastığın altında saxlanması lazımdır".

Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko qeyd edib ki, vəsaitlərin axını Rusiya əhalisi arasında artan qorxunu göstərir:

"Bu o deməkdir ki, insanlar Rusiya bank sisteminə və Rusiya maliyyə sisteminə etibar etmirlər. Bütün bunlar hökumətin bank sisteminə qarşı bir növ tədbir görəcəyi, əmanətləri milliləşdirə biləcəyi qorxularından irəli gəlir".
 

Prokopenko belə bir milliləşdirməni mümkünsüz hesab edir, lakin hakimiyyətin pul çıxarılması ilə bağlı məhdudiyyətlər tətbiq edə biləcəyi ehtimalını da istisna etmir. Bu il Rusiya əhalisi artıq Ukrayna müharibəsinin ilk ilində olduğundan daha çox pulu banklardan çıxarıblar - 24,7 milyard dollardan (2 trilyon rubl) çox.


Müqayisə üçün, müharibə başladılqdan sonrakı ilk iki həftə ərzində Rusiya bank sistemindən 23 milyard dollar çıxarılıb. Daha sonra hakimiyyət sərt kapital nəzarəti tətbiq etməklə və faiz dərəcələrini kəskin şəkildə artırmaqla axının qarşısını alıb.

Qəzetin yazdığına görə, likvidlik problemləri artıq Rusiya hökumətinin dövlət istiqrazları buraxmaqla müharibəni maliyyələşdirmək üçün vəsait toplamaq qabiliyyətinə təsir göstərib.

Ötən ay Rusiya Maliyyə Nazirliyi planlaşdırılan istiqraz buraxılışlarını alıcı olmadığına görə ləğv etmək məcburiyyətində qalıb.

Halbuki hərbi xərclər artmağa davam etdikcə və iqtisadiyyat durğunlaşdıqca hökumət büdcə kəsirini ödəmək üçün getdikcə daha çox dövlət istiqrazlarından asılı vəziyyətə düşür. Rusiya prokurorluğunun məlumatına görə, rusiyalı milyarderlərə məxsus bir neçə şirkət artıq hökumətin milliləşdirmə kampaniyasının hədəfinə çevrilib və bu kampaniya nəticəsində təkcə ötən il dövlətin xeyrinə 51,5 milyard dollarlıq aktiv müsadirə edilib.

Aktivlərin müsadirə edilməsi qorxusu Rusiya büdcəsinin vəziyyəti ilə də artır. Yanvar-iyul ayları üçün onun kəsiri artıq 6,46 trilyon rubl (76,1 milyard dollar) təşkil edib ki, bu da bütün il üçün proqnozlaşdırılan 3,8 trilyon rubldan xeyli çoxdur. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO