ABŞ 1 milyard dollarlıq İran neftini GERİ QAYTARDI – FOTO

ABŞ 1 milyard dollarlıq İran neftini GERİ QAYTARDI – FOTO

Hazırda oxunan: ABŞ 1 milyard dollarlıq İran neftini GERİ QAYTARDI – FOTO

609682

ABŞ ordusunun həyata keçirdiyi “sürətli ələ keçirmə” əməliyyatlarından sonra təxminən 1,05 milyard dollar dəyərində İran nefti daşıyan tanker və yük İran limanlarına geri qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Tanker Trackers” analitik şirkəti məlumat yayıb. 
 

Şirkətin məlumatında bildirilib ki, ABŞ Sahil Mühafizəsi Hind okeanında təxminən 380 milyon dollar dəyərində neft yükünü ələ keçirib. Analitiklərin qiymətləndirməsinə görə, saxlanılan yükün ABŞ-yə göndərildiyi ehtimal olunur.


Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Sonradan ABŞ Prezidenti Donald Tramp atəşkəsin qeyri-müəyyən müddətə uzadıldığını elan edib.

Aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb. Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazı yenidən bağlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO