İtaliya Qarabağda bu sahələrdə layihələr reallaşdıra bilər

İtaliya Qarabağda bu sahələrdə layihələr reallaşdıra bilər

Hazırda oxunan: İtaliya Qarabağda bu sahələrdə layihələr reallaşdıra bilər

5709

Energetika naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının həmsədri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə italiyalı həmsədr bu günlərdə Bakıya səfəri və səfər çərçivəsində Prezident İlham Əliyevlə, eləcə də digər rəsmilərlə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, iki ölkə arasında siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məhsuldar danışıqların aparıldığını bildirib.

Görüşdə işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğu vurğulanıb.

Bu baxımdan İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizləməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO