Büdcəyə vergi və rüsumlardan daxil olan vəsaitin MƏBLƏĞİ

Büdcəyə vergi və rüsumlardan daxil olan vəsaitin MƏBLƏĞİ

Hazırda oxunan: Büdcəyə vergi və rüsumlardan daxil olan vəsaitin MƏBLƏĞİ
56463
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə müvafiq olaraq 8,531 mlrd. manat və 4,343 mlrd. manat daxil olub.

Bizim.Media-nın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, vergi orqanlarının xətti ilə daxilolmaların həcmi 2020-ci il ilə müqayisədə 15,5%, gömrük orqanlarının xətti ilə daxilolmaların həcmi isə illik müqayisədə 10,3% artıb.

Nəticədə, ötən il büdcəyə vergi və rüsümlardan 12,874 mlrd. manat daxil olub ki, bu da 2020-ci il ilə müqayisədə 13,7% çoxdur.

Qeyd edək ki, Maliyyə Nazirliyinin 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrinə görə, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə müvafiq olaraq 8,820 mlrd. manat və 4,260 mlrd. manat daxil olacağı proqnozlaşdırılır.

Nəticədə, 2022-ci ildə ümumilikdə vergi və rüsümlardan 13,026 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olacağı nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO