Gələn il Azərbaycanda iqtisadi xərclərə ayrılacaq vəsaitin MƏBLƏĞİ – Nələrə xərclənəcək?

Gələn il Azərbaycanda iqtisadi xərclərə ayrılacaq vəsaitin MƏBLƏĞİ – Nələrə xərclənəcək?

Hazırda oxunan: Gələn il Azərbaycanda iqtisadi xərclərə ayrılacaq vəsaitin MƏBLƏĞİ – Nələrə xərclənəcək?
52131
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələn il Azərbaycanda dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5 milyard 947 milyon manat vəsait ayrılacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.

Sənədə əsasən, iqtisadi fəaliyyət xərcləri ilkin variantla müqayisədə 0,25% çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

İnvestorların vergi yükü azaldılır – Vergi Məcəlləsinə dəyişiklik 


Sənədə əsasən, bunun 4 milyard 992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2 milyard 790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatını işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xərcləri təşkil edəcək.

Bundan başqa, gələn il büdcədən nəqliyyat və rabitəyə 233 milyon manat, kommersiya fəaliyyətinə 56 milyon manat, geodeziya və faydalı qazıntılara 8 milyon manat, yanacaq və energetikaya 2 milyon manat, iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə isə 656 milyon manat xərclənməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO