KOBİA 20-dən çox ölkədən nümayəndəni Bakıya topladı – Sammit keçirilir - FOTO

Hazırda oxunan: KOBİA 20-dən çox ölkədən nümayəndəni Bakıya topladı – Sammit keçirilir - FOTO

0:00
0:00
43540

Bu gün Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti başlayıb. 

Bizim.Media xəbər verir ki, sammit İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

KOBİA sədri gürcü həmkarı ilə görüşdü - FOTO


Beynəlxalq tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edir. 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sammit oktyabrın 29-dək davam edəcək. 

Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO