Zöhrab İsmayıl: “Azərbaycanda cəmisi milyon yarım iş yeri var”

Zöhrab İsmayıl: “Azərbaycanda cəmisi milyon yarım iş yeri var”

Hazırda oxunan: Zöhrab İsmayıl: “Azərbaycanda cəmisi milyon yarım iş yeri var”

36731

“Hökumət bəyan edir ki, son beş ildə bir milyondan artıq yeni iş yerləri açılıb. Əgər yeni iş yerləri açılıbsa o zaman ünvanlı sosial yardımların sayında bu göstərici özünü çox ciddi şəklidə göstərməliydi. Ancaq çox təəssüf ki, ildən-ilə sosial yardım alanların sayı nəinki azalmır, artır." Bu sözləri Milli Məclisin dünəki iclasında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.  Millət vəkilinin açıqlamasına münasibət bildirən  “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin sədri, iqtisadçı ekspert Zöhrab İsmayıl səsləndirilən ittihamlarla razı olduğunu bildirdi:

“Ümumiyyətlə bu gün Azərbaycanda cəmi  1.5 milyon iş yeri var. Son 5 ildə 1milyon iş yerinin açılması barədə deyilən rəqəmlərin heç bir əsası yoxdur.  Ölkədə əsas iş yerləri mövsümü və tikinti sahəsində olan işlərdir. Azərbaycanda daimi iş yeri problemi var. Ünvanlı sosial yardımda da  artım müşahidə olunmur. Sosial yardım almaq üçün vətəndaşlara süni əngəllər yaradılır. Hesab edirəm ki, bu yardımı alanlar indikindən çox olmalı idi. Sözsüz ki, 1mln iş yeri açılsaydı yardım alanların sayı məntiqlə azalmalı idi. Dövlət Statistika Komitəsinin məlumatları bu informasiyanı təsdiqləmir. Statistika Komitəsinin məlumatına görə, neft bumu başlayan dövrdən  işsizlərin sayı 500 mindən 200  minə enib.”  Bu isə onu göstərir ki, neft bumu başlayandan sonra ölkədə 300 min iş yeri açılıb, o da mövsümü xarakterli iş yerləridir.”

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO