Avropa və ABŞ-da təbii qazın qiyməti kəskin artacaq - PROQNOZ

Avropa və ABŞ-da təbii qazın qiyməti kəskin artacaq - PROQNOZ

Hazırda oxunan: Avropa və ABŞ-da təbii qazın qiyməti kəskin artacaq - PROQNOZ
18598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya Bankının son proqnozlarına görə, 2021-ci ildə Avropa bazarında təbii qazın orta qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 5,5 ABŞ dolları təşkil edəcək, bu da ötən ilki göstərici (3,3 dollar) ilə müqayisədə 66,7% çoxdur.

Bizim.Media-nın məlumatına görə, bu barədə Dünya Bankının yenilənmiş proqnozunda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Dünya bazarında təbii qazın qiyməti


​​​​​​​Proqnoza əsasən, Avropa bazarında qazın qiyməti 1 mln. BTU üçün 2022-2025-ci illərdə 5,4 dollar, 2030-cu ildə 5,2 dollar, 2035-ci ildə isə 5,5 dollar təşkil edəcək.

Qeyd olunur ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2,8 dollar olacaq, bu da ötən ilki göstərici ilə müqayisədə 40% çoxdur. ABŞ üzrə bu göstəricinin 2022-2023-cü illərdə də 2,8 dollar, 2024-2025-ci illərdə 2,9 dollar, 2030-cu ildə 3, 2035-ci ildəsə 3,4 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Proqnoza görə, Yaponiyada mayeləşdirilmiş təbii qazın qiyməti bu il 1 mln. BTU üçün 8 dollar olacaq ki, bu da 4,8% çoxdur. Gələcək illərdə bu göstəricinin tədricə azalacağı proqnozlaşdırılır.

Belə ki, 2022-ci ildə Yaponiyada qazın qiymətinin 7,8 dollar, 2023-cü ildə – 7,6 dollar, 2024-cü ildə – 7,5 dollar, 2025-ci ildə – 7,3 dollar, 2030-cu ildə – 6,5 dollar, 2035-ci ildə isə 6,3 dollar olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO