Azərbaycan “Airbus”la əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİ - FOTO  

Azərbaycan “Airbus”la əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİ - FOTO  

Hazırda oxunan: Azərbaycan “Airbus”la əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİ - FOTO  
129582
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyində “Airbus” şirkətinin nümayəndələri ilə görüş keçirilib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, şirkətin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirə aparılıb, ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar diqqətə çatdırılıb. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Airbus” şirkətinin icraçı vitse-prezidenti və Avropa üzrə prezidenti Vouter Van Vörş ilə görüşüb. 

Görüşdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar, biznes və investisiya mühiti barədə məlumat verilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirə aparılıb.  

Ölkəmizin təyyarə parkının yenilənməsi çərçivəsində Azərbaycan Hava Yolları (AZAL) QSC ilə “Airbus” şirkəti arasında imzalanan müqavilənin əhəmiyyəti vurğulanıb, “Airbus”la əməkdaşlıq çərçivəsində alınacaq yeni təyyarələrin milli aviadaşıyıcımızın səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa, sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verəcəyi qeyd edilib. 
“Airbus” 2000-ci ildə Fransanın “Aerospatiale-Matra”, Almaniyanın “DaimlerChrysler Aerospace” və İspaniyanın “Construcciones Aeronáuticas SA” şirkətləri də daxil olmaqla Avropanın bir neçə aerokosmik şirkətinin birləşməsi ilə yaradılıb.

“Airbus” dünyanın ən böyük təyyarə istehsalçılarından biridir və portfelində 150-dən çox təyyarə modeli var. 

Azərbaycan “Airbus”la əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİ - FOTO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO