16,4 milyon dollar dəyərində dövlət istiqrazları alınıb

16,4 milyon dollar dəyərində dövlət istiqrazları alınıb

Hazırda oxunan: 16,4 milyon dollar dəyərində dövlət istiqrazları alınıb
121084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Fevralın 12-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan Trend-ə verilən məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 415 min ABŞ dolları təşkil edib.

Sifarişlər 95,2505% (gəlirlilik 5.00%) və 97.1000% (gəlirlilik 2.99%) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti ”“ 96.6184 (gəlirlilik 3.51%) orta ölçülmüş qiymət 97,0199 (gəlirlilik 3.08%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon dollar məbləğində müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 10 fevral 2017-ci il, tədavül müddəti isə 364 gündür.

Bakı Fond Birjasında, həmçinin Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 milyon dollar təşkil edib. Sifarişlər 98.6890% qiymətlə təqdim edilib.

Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO