Azərbaycanda benzin ucuzlaşmayacaq  - Rəsmi

Azərbaycanda benzin ucuzlaşmayacaq - Rəsmi

Hazırda oxunan: Azərbaycanda benzin ucuzlaşmayacaq - Rəsmi

107184
Dünya bazarlarında neftin qiyməti aşağı düşdüyündən Azərbaycanda yanacağın qiymətinin ucuzlaşması gözlənilirdi. Hətta parlament üzvləri və ekspertlər bununla bağlı təkliflər də səsləndiriblər.

Moderator.az-ın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev modern.az-a bildirib ki, benzinin və digər yanacağın qiymətinin yenidən bahalaşacağı və ya ucuzlaşacağı gözlənilmir:

“Bununla bağlı Tarif Şurasına da müraciət daxil olmayıb”x9d.

Qeyd edək ki, Azərbaycanda benzini Tarif Şurası sonuncu dəfə 2013-cü il dekabrın 2-də bahalaşdırıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO