"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib

Hazırda oxunan: "Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib
91670
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” komandası tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb. 

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”i səfər oyununda 1:0 hesabı ilə yenib. 

Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən "köhlən atlar" startdakı qələbə seriyasını 4-ə çatdırıb. 

“Qarabağ” bunadək 4 dəfə belə başlanğıca nail olub. 2003/2004, 2013/2014, 2017/2018 və 2019/2020 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb. “5”ə çatan “Qarabağ” bununla da “Neftçi”ni arxada qoyub. Bakılılar 4 dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/1995, 1996/1997 və 2000/2001 mövsümlərinə belə başlayıb. 

"Kəpəz" isə mövsümdə ardıcıl 5-ci məğlubiyyətini alaraq, son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə Gəncə təmsilçisindən başqa heç bir komanda ilk 5 turu xalsız başa vurmayıb. Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/2016 mövsümünün əvvəlində beş məğlubiyyəti sıralayıb. 
“Kəpəz” də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/2013 mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər 5-ci görüşdə qələbə qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO