Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı - QRUPLAR

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı - QRUPLAR

Hazırda oxunan: Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı - QRUPLAR
90471
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İtaliyanın "Milan", İngiltərənin "Çelsi" və Avstriyanın "Zaltsburq" komandaları ilə E qrupuna düşüb.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) kollektivi isə Almaniya "Bavariya"sı, İspaniya "Barselona"sı və İtaliya "İnter"i ilə birlikdə C qrupunda mübarizə aparacaq.

A qrupu: "Ayaks" (Niderland), "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Reyncers" (Şotlandiya)

B qrupu: "Portu" (Portuqaliya), "Atletiko" (Madrid, İspaniya), "Bayer" (Almaniya), "Brügge" (Belçika)

C qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Viktoriya" (Plzen, Çexiya)

D qrupu: "Ayntraxt" (Frankurt, Almaniya), "Tottenhem" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa)

E qrupu: "Milan" (İtaliya), "Çelsi" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya)

F qrupu: "Real Madrid" (İspaniya), "Leyptsiq" (Almaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Seltik" (Şotlandiya)

G qrupu: "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Kopenhagen" (Danimarka)

H qrupu: PSJ (Fransa), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO