"Qarabağ" - "Viktoriya" oyununa rekord BİLET SATIŞI   

Hazırda oxunan: "Qarabağ" - "Viktoriya" oyununa rekord BİLET SATIŞI   
89517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.

Bizim.Media xəbər verir ki, ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat) olsa da, satılıb.

Biletlərin satışa çıxarılması barədə klubun verdiyi elandan bir saat sonra kassada həmin biletlər qalmayıb.

Bu isə o deməkdir ki, 11 700 tamaşaçı tutumuna malik olan Plzen Şəhər Stadionunda ("Dusan Arena") boş yer olmayacaq. Qeyd edək ki, avqustun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO