“Bakıda hava çox pis, rəqib isə yaxşı idi” – “Viktoriya” nın futbolçusu 

“Bakıda hava çox pis, rəqib isə yaxşı idi” – “Viktoriya” nın futbolçusu 

Hazırda oxunan: “Bakıda hava çox pis, rəqib isə yaxşı idi” – “Viktoriya” nın futbolçusu 
89413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Meydanın mərkəzində dayanıb Çempionlar Liqasının himninin dinləmək əla bir duyğu idi. İlk dəfə idi bu hissləri yaşayırdım. Orada olduğuma görə sevinirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Çexiya mətbuatına müsahibəsində “Viktoriya”nın müdafiəçisi Vatslav Yemelka deyib.

“Qarabağ”la Bakıda keçirdikləri Çempionlar Liqasının ilk pley-off matçı (0:0) haqda danışarkən 27 yaşlı futbolçu deyib:

“Bakıdakı nəticə bizə revanş üçün əla şans verir. Komandamızla fəxr edirəm. Biz çətin şəraitdə heç-heçə üçün mübarizə apardıq və istəyimizə çatdıq. Bakıda hava çox pis, rəqib isə yaxşı idi”.

27 yaşlı mərkəz müdafiəçisi “Qarabağ”la oyunda ona yad olan sol cinah müdafiəçisi kimi oynayıb. Çexiya millisinin futbolçusu bu haqda deyib:

“Bu haqda matça bir gün qalmış bildim. Əlbəttə, bu, stoper mövqeyi deyil. Amma mən tapşırıqla barışmalı oldum. Şadam ki, məşqçimiz məni həvəsləndirdi və məndə inam yaratdı”.

O, heç vaxt Çempionlar Liqasında oynamasa da, Bakıda 31 min tamaşaçı önündə çıxış edib.

“Deməzdim ki, Bakıdakı oyun mənim üçün ən çətin matç idi. Mən hətta bunu ağlımdan da keçirmirəm. Hər dəfə meydana çıxanda rəqibin kimliyindən asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO