Messi

Messi "Qızıl top"a namizəd deyil – 17 il sonra… 

Hazırda oxunan: Messi "Qızıl top"a namizəd deyil – 17 il sonra… 
88395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, PSJ-nin və Argentina millisinin futbolçusu Lionel Messi 2022-ci il üçün "Qızıl top"a namizədlər siyahısında yoxdur.  

Bizim.Media xəbər verir ki, belə hal son dəfə 17 il öncə yaşanıb. 35 yaşlı forvard 2005-ci ildən etibarən hər il "Qızıl top"un qısa siyahısında yer alıb.

O, hətta 2007-2018-ci illərdə hər il ilk "3-lüy"ə daxil olmağı bacarıb. O, bu müddət ərzində 5 dəfə sözügedən mükafata layiq görülüb.
2018-ci ildə qələbəni əldən verən forvard 2019, 2021-ci illərdə "Qızıl top"u qazanıb. Koronavirus pandemiyası səbəbindən mükafat 2020-ci ildə verilməyib.  

Qeyd edək ki, Messi PSJ-nin heyətində geridə qalan mövsüm 34 matçda 14 qol vurub və 11 qolun ötürməsini verib. O, Argentina millisi ilə 15 oyunda 7 dəfə fərqlənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO